Meksikada 6 ildə 26 min nəfər itkin düşüb
27 fevral 2013 06:24 (UTC +04:00)

Meksikada 6 ildə 26 min nəfər itkin düşüb

Meksika hakimiyyəti bildirib ki, 2006-cı ilin dekabrından, ölkədə narko-ticarət problemi kəskinləşəndə, 26 mindən çox vətəndaş itkin düşüb.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu rəqəm əvvəl açıqlanmışdan çoxdur, çünki onda bildirilmişdi ki, Meksikada bir neçə min insan yoxa çıxıb.

 

Hakimiyyət yeni göstəricilərin doğur olmayacağını  etiraf edir.

 

Polis başqa yerə köçəcəyi ehtimal olunan bir neçə min barəsində axtarış elan etməyib. Bundan başqa ailəsi ilə əlaqəni kəsən çoxlu sayda mühacir meksikalılar da nəzərə alınmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 519
avatar

Oxşar yazılar