Meksikanın Tabasko ştatının ictimai təhlükəsizlik naziri Audomaro Martines Sapat bildirib ki, 6 nəfər baş vermiş qatar qəzasının qurbanı olub.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, nazir deyib ki, qəzanın baş verməsinə səbəb dəmiryol relslərini birləşdirən hissəlrin boltların oğurlanmasıdır.
Xatırladaq ki, avqustun 25-də Meksikanın cənubunda 12 yük vaqonundan 8-i relsdən çıxıb.
ABŞ-a gedən yük qatarından (meksikalılar «La Bestia» («vəhşi») adlandırır) qanunsuz mühacirlər istifadə edir.
Məlumata əsasən, qəza zamanı vaqonların damın, eləcə də əyləc meydanında 200-dək adamın olduğu ehtimal edilir.