London məhkəməsi münsiflər heyəti üzvlərinin çoxu 29 yaşlı qara dərili Mark Daqqanı öldürmüş polisə bəraət qazandıran qərara səs veriblər.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, 2011-ci ildə bu hadisə Britaniya cəmiyyətində böyük hay-küyə səbəb olmuşdu.
Məhkəmənin qərarına «qatillər» qışqırığı ilə etiraz bildirilib.
2011-ci ilin avqustunda taksidə gedən bir kişi güllələnmişdi. Polis bildirmişdi ki, Daqqanın olduğu avtomobilə baxış keçirilən zaman polislə onun arasında atışma baş verib. Bununla belə onda məhkəmə qara dərili gəncin əlində silah olmadığını müəyyən etmişdi.
Polis təmsilçiləri də əvvəlcə qətllə bağlı onun ailəsindən üzr istəmiş, ancaq baş sağlığı verməmişdi.
Daqqanın qətli Londonun şimalında, ardınca bütün ölkədə etirazla qarşılanmışdı.