ABŞ öz qoşunlarını bu ilin sonunadək Əfqanıstandan geri çəkəcək. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, BMT müşahidəçilərinin adıçəkilən ölkədə qalıb-qalmaması isə bu ayın sonunda məlum olacaq. Bu məsələ BMT Təhlükəsizlik Şurasının martın 19-da keçiriləcək iclasında müzakirə ediləcək.
Qeyd edək ki, bu aydan etibarən BMT Təhlükəsizlik Şurasında sədrlik Rusiyaya keçəcək.