Maldivin keçmi ş prezidenti Məhəmməd Naşid martın 6-da məhkəmədə hakim qarşısında duracaq.
Lent.az-ın «Qolos Rossii»-yə istinadən məlumatına görə, o, səlahiyyət həddinin aşmaqda suçlu bilinir.
Xatırladaq ki, Maldivinin keçmiş prezidenti Məhəmməd Naşid Hindistanın Malidəki səfirliyinə sığınmışdı . Maldiv məhkəməsi onun həbsi ilə bağlı qərar çıxardıqdan sonra keçmiş dövlət başçısı Hindistandan sığınacaq almaq üçün bu ölkənin səfirliyində yaşayırdı.
Bir müddət öncə Naşidi həbs etmək məqsədi ilə səfirliyin binası qarşısında Maldiv polisinin keşik çəkdiyi haqda xəbər yayılmışdı.
Qeyd edək ki, 2012-ci ilin yanvarında M.Naşid ali məhkəmənin sədrini keçmiş prezident Momunu Abdul Qəəyuma yardımda suçlayaraq, həbs olması barədə tapşırıq vermişdi.
Naşid ötən ilin fevralında ölkədə qan tökülməsini istəmədiyi üçün istefa verdiyi bildirmişdi. Ona qarşı hakimiyyətdə sui-istifadə ittihamı ilə cinayət işi açılıb.