Ərəb dövlətləri liqası (ƏDL) Suriyanın təşkilatdakı yerini Suriya Milli müxalif və inqilabi qüvvələr koalisiyasına verib. APA-nın məlumatına görə, bu barədə «Əl-Cəzirə» telekanalı məlumat yayıb.
Qərar ƏDL xarici işlər nazirlərinin Qahirədə keçirilən görüşündə qəbul edilib.
Suriyanın ƏDL-də üzvlüyü 2011-ci ilin noyabrında dayandırılıb.
Suriyada vətəndaş müharibəsi 2011-ci ilin martından davam edir. BMT-nin məlumatına görə, münaqişənin gedişində 70 minədək insan həlak olub.