Leysan 14 can aldı
05 noyabr 2014 06:24 (UTC +04:00)

Leysan 14 can aldı

Kolumbiyada tüğyan edən güclü leysan yağışlar azı 14 nəfərin həyatına son qoyub, təbii fəlakət nəticəsində 16 min sakinin əmlakına ziyzn dəyib. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə  RİA Novosti məlumat yayıb. Məlumata görə, Antiokiya departamentində daşqın nəticəsində şaxtada baş vermiş uçqun nəticəsində 12 mədənçi həlak olub, daha 2 nəfəri isə sel aparıb. Onların meyiti paytaxt Boqotanın yaxınlığında aşkarlanıb.   

 

 

Antiokiya Kolumbiyanın təbii fəlakətdən ən çox zərər çəkmiş departamentlərdən biridir. Ümumilikdə isə, 125 yaşayış məntəqəsində leysan yağışlarla bağlı xəbərdarlıq elan edilib. Meteoroloqlar  noyabrın sonunadək yağışların yağacağını proqnozlaşdırır.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1177
avatar

Oxşar yazılar