Moskvada mavzoleydə Vladimir Leninin cəsədinə yeni kostyum geyindirəcəklər.
Lent.az-ın “Trend”-ə istinadən məlumatına görə, bu və digər mütəmadi prosedurları yerinə yetirmək üçün mavzoley fevralın 16-dan aprelin 16-dək bağlı olacaq.
V.Lenini biokimya mütəxəssisləri geyindirəcəklər. Kostyumun dəyişdirilməsi bir neçə il ərzində bir dəfə baş verir.
Qeyd edək ki, "proletariatın rəhbəri" V.Leninin cəsədi 1924-cü il yanvarın 21-də mumiyalanıb.