Lavrov ABŞ-ı Suriyaya qarşı hərbi müdaxilədən çəkinməyə çağırdı
26 avqust 2013 11:18 (UTC +04:00)

Lavrov ABŞ-ı Suriyaya qarşı hərbi müdaxilədən çəkinməyə çağırdı

“Suriyaya mümkün hərbi müdaxilə bütün Yaxın Şərq regionu üçün təhlükəli nəticələr doğura bilər”.APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın dövlət katibi Con Kerri ilə telefon söhbətində deyib.

 

“ABŞ administrasiyasının ayrı-ayrı nümayəndələrinin ötən həftə Şərqi Qutada ehtimal olunan kimyəvi silah tətbiqində Suriya hökumətinin əli olduğunun isbatlanmasına dair açıqlamaları xüsusilə heyrət doğurur. ABŞ-ı Dəməşqə qarşı güc yolu ilə təzyiqdən çəkinməyə, təxribatlara uymamağa,  Suriyada olan BMT ekspertlərinin hərtərəfli, obyektiv və tərəfsiz araşdırma aparması üçün normal şərait yaradılmasına dəstək verməyə çağırırıq”.

 

Con Kerri Rusiya tərəfinin arqumentlərini diqqətlə öyrənəcəyini vəd edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 564
avatar

Oxşar yazılar