Latviya prezidenti: «Riqada damın uçması qətldir»
24 noyabr 2013 04:42 (UTC +04:00)

Latviya prezidenti: «Riqada damın uçması qətldir»

Latviya prezidenti Andris Berzinş Riqada ticarət mərkəzinin dam örtüyünün uçmasının «qətl» olaraq dəyərləndirib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, hadisə nəticəsində həlak olanların sayı 54 nəfərə çatıb.

 

Prezident deyib ki, faciənin araşdırmasına daha tez başlamaq lazımdır.

 

Xilasedicilər ticarət mərkəzinin dağıntıları altında axtarışı davam etdirir.

 

Uçqunlar altında qalanların qohumları olay yerindədir.

 

Latviyada üç gün matəm elan olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 804

Oxşar yazılar