Latviya parlamenti tanınmış şahmatçı, Rusiya müxalifəti liderlərindən biri Harri Kasparova ölkə vətəndaşlığı verməkdən imtina edib.
Lent.az-ın Ermənistan informasiya vasitələrinə istinadən məlumatına görə, parlamentin uyğun komissiyası bu məsələni heç nəzərdən də keçirməyib. Komissiyanın sədri İlmar Latkovskis məsələni qaydalar baxımından dəyərləndirib: «Ona vətəndaşlıq verilməsi ilə bağlı bizdə elə bir tutarlı əsas yoxdur. Bu məsələyə baxılması üçün müəyyən qaydalar və vacib sənədlər var».
Onun sözlərinə görə, Kasparova göndəriləcək cavab məktubunda vətəndaşlıqla bağlı müraciətinin dəqiq yazılmadığın nəzərinə çatdırılacaq. Başlıca səhv kimi müraciətin parlamentə deyil, qurumdakı ayrı-ayrı fraksiyalara ünvanlanmasındadır. O, öz ömür-yolunu (tərcümeyi-halı) da əlavə etməklə yanaşı Latviyaya təkrar müraciət edəcəyi təklif ediləcək.