İyulun 27-də Küveytdə parlament seçkiləri keçiriləcək. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, ölkə üzrə 440 min seçici qeydiyyatdan keçib. Onlar 321 iddiaçıdan 50-sini parlamentə seçəcək.
Son 8 ayda bu, parlamentə ikinci seçkidir. Bu ilin iyununda Konstitusiya məhkəməsi əvvəlik seçkilərin nəticələrini ləğv edərək, parlamenti buraxmışdı. Buna səbəb kimi seçki zamanı qanun pozuntularına yol verildiyi göstərilmişdi.
Ötən ilin oktyabrında Ana Yasa məhkəməsi Küveytin başçısı Sabah əl-Əhməd əs –Sabah tərəfindən seçki haqında qanuna edilən dəyişiklikləri təsdiqləmişdi. Şeyxin bu dəyişikliklər müxalifət tərəfindən etirazla qarşılanmışdı.
Dəyişiklərə əsasən bir seçici yalnız bir deputatlığa namizədə səs verə bilər. Əvvəlik qanunda isə onun 4 namizədə səs vermək hüquq var idi.
Ötən parlament əmirin dəyişiklikləri əsasında 2012-ci il dekabrına birində keçirilib. Müxalifət boykot etdiyindən həmin məclisdə yalnız hakimiyyəti təmsil edən deputatlar işləyirdi. Bu da ölkədə dərin siyasi böhranın yaranmasına səbəb olmuşdu.
Küveyt konstitusiyalı monarxiya dövlətidir. Hər dörd ildən bir parlament seçkiləri keçirilir.