Kürdlər Suriyanı da parçalayır
13 noyabr 2013 04:27 (UTC +04:00)

Kürdlər Suriyanı da parçalayır

İraqın başına gələnləri indi də Suriya yaşamaqdadır. Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, ölkənin şimal-şərqində yaşayan kürdlər müstəqil müvəqqəti keçid hökumətin yaradıldığını elan edib.

 

Mənbə bildirib ki, kürdlərin məskunlaşdığı əraziləri onların idarəçiliyinə keçib. 

 

2011-ci ildən Dəməşqdəki rejimin başçısı Bəşar Əsəd rejiminə qarşı müxalifətin başladığı müqavimətdə kürdlərin təşkilatları demək olar ki, iştirak etməyib. Bəşar Əsədin ordusu ölkənin şimal-şərqindəki kürdlərin yaşadığı ərazini tərk edəndən sonra həmin ərazi kürd silahlılarının nəzarətinə keçib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1229
avatar

Oxşar yazılar