Krımda referendumun vaxtı dəyişdi
01 mart 2014 14:29 (UTC +04:00)

Krımda referendumun vaxtı dəyişdi

Ukraynanın Krım Muxtar Respublikasının (MR) statusuna dair referendumun vaxtı dəyişdirilib.


 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə MR-in baş naziri Sergey Aksyonov Krım Nazirlər Şurasının yeni tərkibdə keçirilən ilk iclasında bildirib.

 

S. Aksyonov deyib ki, mayın 25-nə nəzərdə tutulan referendumun iki ay irəli çəkilməsi zərurətdən doğub. Lakin o, söhbətin hansı zərurətdən getdiyini açıqlamayıb.  

 

Qeyd edək ki, referendum barədə qərar Krım parlamentinin fevralın 27-də keçirilən növbədənkənar iclasında qəbul olunmuşdu. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 682
avatar

Oxşar yazılar