Britaniya kraliçası II Yelizaveta martın 3-də bağırsaq infeksiyası diaqnozu ilə Londondakı xəstəxanaya yerləşdirilmişdi.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o artıq xəstəxanadan çıxarılıb.
Məlumata əsasən, o, xəstəxanada həkimlərlə sağollaşaraq, özü maşına minib.
Bukingem sarayı hospitala müraciət etməsini «önləyici tədbir» adlandırıb.
Bununla belə kraliçanın bu həftəyə planlaşdırılan bütün tədbir və səfərləri, o cümlədən Romaya ziyarəti təxirə salınıb.
Kraliça sonuncu dəfə 10 il öncə xəstəxanaya müraciət edib, onda onun dizindən cərrahiyyə əməliyyatı olunub.