İspaniya kral evinin rəsmi saytından kral I Xuana Karlosun kürəkəni, adı korrupsiya qalmaqalında hallanan hersoq Palma-de-Mayorks İnyaki Urdanqarin barəsində bütün məlumatlar yığışdırılıb.
Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, bundan sonra internetdə monarxın qızını əri barəsində istənilən məlumat ailə ilə bağlı olmayacaq.
Bu ilin yanvarında kral evi kürəkənə aid bütün məlumatları saytından silib. Buna səbəb kimi onun kral ailəsinin nüfuzuna zərbə vurması göstərilir.
Xatırladaq ki, kralın kürəkəni Xuan Karlos İnyaki Urdanqarin «dələduzluq»da şübhəli bilinir. Mənbənin bildirdiyinə əsasən, tərəfdarı Dieqo Torreslə birlikdə 5,8 milyon avronu mənimsəməkdə şübhəli bilinir. O, bu maliyyə vəsaitini kommersiya əməliyyatı aparılmadan onların nəzarəti altında olan şirkətlərin hesabına köçürülməsində ittiham olunur.
İ.Urdanqarin oğlu, kralın nəvəsi ailəsinin nüfuzundan istifadə edərək, xeyriyyə məqsədi ilə alınmış maliyyə vəsaitini qeyri-kommersiya fondundan özlərinin fonduna köçürüb.
Kralın kürəkəni bu ittihamları rədd etsə də, xəbər ispan monarx ailəsinin ölkədəki nüfuzuna ciddi zərbə vurub.