Kiyev ətrafında, Odessa şosesində qarpız satan azərbaycanlı qətlə yetirilib. APA-nın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, 52 yaşlı kişinin meyiti mikroavtobusda aşkarlanıb. Onun üzərindəki 3 min qrivna pulun oğurlandığı bildirilir.
Məhsulun sahibi deyib ki, cinayəti mərhumun kömək üçün işə götürdüyü 2 nəfər törədib. Onlar özləri bu işdə çalışmaq istədiklərini deyiblər.