Bu gün Ukraynanın bir sıra universitetlərində minlərlə tələbə ölkənin Avropaya inteqrasiyasına və Kiyevdəki kütləvi aksiyaya dəstək əlaməti olaraq xəbərdarlıq tətili keçirib.
APA-nın “Korrespondent” saytına istinadən verdiyi məlumata görə, “Kiyev-Mogilyan Akademiyası” Milli Universitetinin 2 min tələbəsi rektor Qriqori Kvit ilə birlikdə paytaxtın Müstəqillik Meydanına (“Maydan Nezalejnosti”) yürüş edib.
Taras Şevçenko adına Kiyev Milli Universitetinin də 2 min tələbəsi Şevçenko parkından meydana doğru irəliləyib. Draqomanov adına Milli Pedaqoji Universitetin və digər ali məktəblərin tələbələri də aksiyaya qoşulub. Müstəqillik Meydanında bütün tələbələrin ümumi aksiyası keçiriləcək.