Kiyevdə yaşadığı mənzildə Ukrayna pravoslav gənclər birliyi başçısının müavini Andrey Kalininin cəsədi aşkarlanıb.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, qətl küt alətlə törədilib. Müstəntiqlər olay yerindən Qana bulaşmış taxta kətil tapıb. Mənzilin yiyəsi bildirib ki, kirayənişini avqustun 8-də görüb, avqustun 23-də isə qonşuları olayla bağlı ona telefonla məlumat verib.
Mənzildə onun tanımış siyasilərlə çəkdirdiyi fotolar da tapılıb. İlkin ehtimala əsasən, qətl məişət zəminində törədilib.