Bu gün ABŞ dövlət katibi Con Kerri Türkiyəyə rəsmi səfərə gəlib.
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Con Kerri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla, daha sonra isə prezident Abdulla Güllə görüşəcək.
Con Kerri keçən ay bombalı hücuma məruz qalan Ankaradakı ABŞ səfirliyində də olacaq, hücum zamanı həyatını itirən polis əməkdaşı Mustafa Akarsunun ailəsinə başsağlığı vermək üçün onun evinə gedəcək.