Cenevrəyə planlaşdırılmayan səfər etmiş ABŞ-ın dövlət katibi Con Kerri atom problemi ilə bağlı danışıqlarda iştirak edən İran nümayəndə heyətinin başçısı, xarici işlər naziri Məhəmmədcavad Zəriflə təkbətək görüşmək istədiyini bildirib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bununla bağlı uyğun sorğu İran nümayəndə heyətinə göndərilib.
Mənbə bildirib ki, görüşün baş tutması bugünkü görüşün nəticələrindən asılı olacaq.
Danışıqlar aparan tərəflər yaxın olan diplomatın sözlərinə əsasən, iranlı naziri iş qrafiki çox sıxdır. O, yaponiyalı həmkarı ilə görüşmək üçün Tehrana qayıtmalıdır. Bununla belə o, deyib ki, əgər Kerri ilə görüş keçirilərsə, bu yalnız «İranın atom-nüvə proqrammı ilə bağlı olacaq».