ABŞ-ın dövlət katibi Con Kerri İranın atom-nüvə problemi ilə bağlı danışıqlarda iştirak etmək üçün Cenevrəyə gedib.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, o, deyib ki, İranla «altılıq» arasında yekun razılaşmadan «hələ söhbət gedə bilməz».
«Qeyd etmək istərdim ki, hazırda hər hansı razılaşmadan söz getmir. Bununla belə «altılıq» intensiv şəkildə işləməkdədir. Həll edilməyə çoxlu məsələlər var»-deyə, amerikalı diplomat vurğulayıb.
İran xarici işlər nazirinin müavini Abbas Arakçi isə bildirib: «Mütəxəssislər səviyyəsində yaxşı nailiyyətlər var. Ancaq bu gün axşam nəticə əldə ediləcəyini demək tezdir».