Keniya Ali Məhkəməsinin sədri Villi Mutunqa prezident və parlament seçkiləri ərəfəsində hücuma və təhididə məruz qaldığından şikayətlənib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, deyib ki, qanunsuz fəaliyyət göstərən «Munqiki» adlı siyasi-dini qruplaşmadan hədələyici məktublar alır.
Onun sözlərinə görə, adı çəkilən qruplaşma hakimi və həmkarlarını hədələyərək, bildirib ki, əgər Uxuru Kenyattinin seçkidə namizədliyini qeyd almasalar, onda onları «vəhşi heyvanlara yedizdirəcəklər».
Kenyattinin təmsilçisi bildirib ki, o, istənilən təzyiq və təhdidi pisləyir, eləcə də olayı dramatikləşdirdiyi üçün məhkəmənin sədrini qınayıb.