Kemeron:«Suriyadakı münaqişə yalnız siyasi yolla həll edilə bilər»
10 sentyabr 2013 03:51 (UTC +04:00)

Kemeron:«Suriyadakı münaqişə yalnız siyasi yolla həll edilə bilər»

«Suriyadakı vəziyyət yalnız siyasi yolla nizamlanmalıdır».

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, krallığın baş naziri Devid Kemeron bildirib ki, münaqişə edən tərəfləri danışıqlara cəlb etmək yönündə fəaliyyətini davam etdirəcək.

 

«Sankt-Peterburqda  «Böyük-20»-liyin liderləri, o cümlədən Vladimir Putinlə görüşdə biz bu məsələni müzakirə etmişik. Britaniya Cenevrədəki  ötən danışıqlara əsasən münaqişə edən tərəfləri dialoqa cəlb edilməsi işinə başçılığını davam etdirəcək. Ona görə də biz Sabit və demokratik Suriyadakı vəziyyətin tənzimlənməsi üçün yeganə vasitə  siyasi yoldur».

 

Bununla yanaşı hökumət başçısı qeyd edib ki, müxalifətə hərbi olmayan yardımları davam etdirəcək.

 

Kemeron bildirib ki, Britaniya kimyəvi silahdan istifadə edənlərin cəzalandırılmasına nail olmaq niyyətindədir. O, BMT müfəttişlərindən araşdırmaları başa çatdırmasını istəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 373
avatar

Oxşar yazılar