Ukraynanın keçmiş prezidentləri Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenko birgə bəyanat verib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, onlar ölkənin dərin siyasi böhran həddində olduğunu, Ukraynanı ərazi bütövlüyü və müstəqilliyinin təhdid edildiyini bildiriblər.
Keçmiş prezidentlər baş verənlərdə mövcud hakimiyyət suçlayaraq, onu Avropa Birliyinə assosiasiya haqqında müqaviləyə hazırlıqda konstruktiv mövqe tutmamaqda ittiham ediblər.
«Sənədin imzalanması ərəfəsində Ukrayna hakimiyyətinin öz bəyanatının tonunu kəskin dəyişməsi, onu birtərəfli qaydada imzalamayacağını bildirməsi təəccüblüdür» -deyə, keçmiş prezidentlər bildirib.
Keçmiş dövlət başçılarının qənaətincə, Avropaya inteqrasiya kursundan imtina çox sayda insanın küçələrə çıxıb etiraz etməsinə səbəb olub.