Fevralın 22-də Tunis prezidenti Münsif Marzuki namizədliyi hakim «ən-Nahda» (Dirçəliş) Patiyası tərəfindən irəli keçmiş daxili işlər naziri Əli Laareydi baş nazir vəzifəsinə təyin edib. Əli Laareydi
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, əvvəlki hökumət başçısı Hamad Cebeyli fevralın 19-u istefa verib. O, televiziya çıxışı zamanı xalqa müraciət edərək, müvəqqəti hökumət formalaşdıra bilmədiyi üçün tutduğu vəzifədən getməyə məcbur olduğunu bildirib
2011-ci il yanvarın 14-də Tunis prezidenti Zeynalabdin Ben Əli 23 il hakimiyyətdən sonra devrilib. Həmin ilin oktyabr ayında Tunisdə keçid parlamentinə seçki keçirilib. Bu seçkidə 40 faizə yaxın səs toplamış islamçı «ən-Nahda» Partiyasının baş katibi Hamad Cebeyl o zamandan baş nazir postunu tuturdu.
Əl Laareydi bin – Əli hakimiyyəti devrilənədək 15 il həbs olub.
Tunis prezidenti Münsif Marzuki də islamçı qüvvələri təmsil edir.