30 ildən sonra Kabul Universitetində ilk xarici tələbə qrupu yaranacaq.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, 50 Türkiyə vətəndaşı bu ali təhsil ocağında təhsil alacaq.
25 gənc qız və o sayda gənc oğlan bu universitetdə fars və puştu dillərini öyrənəcək.
Məolumata əsasən, Kabul Universiteti vaxtı ilə nüfuzlu ali təhsil müəssisələrindən sayılıb. Ancaq maliyyə çatışmazlığı ucbatından oranın ixtisaslı müəllim və professor heyəti özəl təhsil məktəblərində işləməyə gedib.