Əfqanıstanın paytaxtında intensiv yağışların səbəb olduğu daşqın 13 nəfərin həyatına son qoyub.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, 11 ölüm hadisəsi avtomobillərin sel suları ilə aparması nəticəsində qeydə alınıb. Daşqın nəticəsində onlarla ev uçub.
Bundan əvvəl verilən xəbərə görə, Əfqanıstan və Pakistanda leysan yağışlar 80 nəfərin həyatına son qoyub.