İvanişvili siyasətdən gedir
24 noyabr 2013 07:01 (UTC +04:00)

İvanişvili siyasətdən gedir

Noyabrın 24-də Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvilinin «Gürcü Arzusu – Demokratik Gürcüstan» Partiyasının qurultayında bəyanatla çıxış edəcəyi gözlənilir.

 

Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, keçmiş hökumət başçısının mətbuat xidməti bildirib ki, qurultayda yeni baş nazir İraklii Qaribaşvili də iştirak edəcək. Partiyanın yeni sədri də onun olması nəzərdə tutulub.
 

Energetika naziri Kaxa Kaladzenin isə partiyanın baş katibi seçiləcəyi ehtimal olunur.

 

Partiyanın icraçı katibi Armaz Axvledaini bildirib ki, B.İvanişvili partiyanın ali məclisində siyasətdən gedəcəyini rəsmi şəkildə bəyan edəcək. Katibin sözlərinə əsasən, keçmiş baş nazir «vətəndaş sektorunda» fəaliyyət göstərəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1340
avatar

Oxşar yazılar