İtaliya Demokratik Partiyasının lideri Pyer Luici Bersani hökuməti qura bilməyib.
Lent.az-ın «»RİA Novosti»-yə istinadən məlumatına görə, prezident dəftərxanasının baş katibi Donato Marra bu haqda bəyanat verib.
Mənbənin xatırlamasına əsasən, prezident Napolitano martın 22-də yeni Milli hökuməti formalaşdırmağı Bersaniyə həvalə edib. Dövlət başçısı onu da qeyd edib ki, Demokratik Partiyasının quracağı hökuməti ölkənin hər iki palatası dəstələməlidir.
6 gün ərzində Bersanin siyasi partiyalar, ictimai və həmkarlar təşkilatları ilə keçirdiyi görüşlərin nəticəsini martın 27-də prezidentə təqdim edib.