İtaliyada bazar günü, fevralın 24-də başlamış parlament seçkiləri bu gün başa çatıb.
Lent.az-ın məlumatına görə, sorğuların nəticəsinə əsasən, Pyer Luici Bersaninin başçılıq etdiyi sol- mərkəzçi koalisiya liderlik edir. İkinci yerdə keçmiş baş nazir Silva Berluskonin rəhbərlik etdiyi sağ-mərkəzçi blok gedir.
Seçki ərəfəsində aparılan sorğuda məlum olub ki, İtaliya vətəndaşları arasında məşhur komik Beppe Qrilonun «5 ulduzlu hərəkat»-ına da həvəslə səs vermək istədiklərini bildirmişdi.