İtaliya «qatil hərbçiləri» Hindistana vermir
12 mart 2013 03:56 (UTC +04:00)

İtaliya «qatil hərbçiləri» Hindistana vermir

İtaliyanın Xarici İşlər Nazirliyi iki dəniz piyadasını Hindistana verməyəcəyini bildirib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, onlar İtaliya ordusunun hərbçiləri Hindistanda qətl olayı ilə bağlı ittiham olunur.

 

Mənbənin məlumatına əsasən, ötən il onlar İtaliya gəmisini dəniz quldurlarından qoruyarkən iki nəfəri öldürüb. Hindistan hakimiyyəti öldürülən iki nəfəri adi balıqçı olduğunu iddia etməkdədir. Olaydan sonra onlar həbs olunub. Ancaq ötən ay İtaliyada keçirilən parlament seçkisində səs vermək  və ailə üzvləri ilə görüşmək üçün vətən getmələrinə icazə verilib.

 

Rəsmi Roma onları mühakimə olunmaqdan ötrü geri verməyərək, bildirib ki, onlara qarşı prosesi başlamaqla Hindistan hakimiyyəti beynəlxalq normaları pozub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 513
avatar

Oxşar yazılar