Ağac emalı müəssisəsində işçilər atəşə tutulub, ölənlər var
Bu gün İsveçrənin Mentsnau şəhərində “Kronospan” şirkətinin ağac emalı müəssisəsində atəş səsləri eşidilib. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, polis bir neçə insanın öldürüldüyünü bəyan edib.
Yerli mətbuat ən azı 3 nəfərin öldüyü, 7 nəfərin ağır yaralandığını yazır. BBC isə müəssisənin 5 işçisinin öldüyü barədə xəbər yayıb. Hadisə günorta fasiləsi zamanı müəssisənin yeməkxanasında baş verib. Hazırda müəssisə polis tərəfindən mühasirəyə alınıb. Hələ hadisənin səbəbi məlum deyil.