İsveç sığınacaq almaq istəyinə rədd cavabı alan 80 min miqrantı deportasiya edəcək.
APA-nın “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, bunu İsveçin daxili işlər naziri Anders Eqeman bəyan edib.
“Biz 60 min miqrantın ölkədən çıxarılmasını nəzərdə tuturuq, lakin bu rəqəm 80 minə də çata bilər”, deyə nazir bildirib.
Onun sözlərinə görə, bu proses bir neçə il uzana bilər.
A.Eqeman həmçinin qeyd edib ki, İsveç hökuməti deportasiya ilə bağlı ölkənin hüquq-mühafizə və digər səlahiyyətli qurumlarına müvafiq göstəriş verib.