Ədliyyə naziri Tispi Livni ilə İsraildəki şəriət məhkəməsi arasında keçirilən danışıqlar nəticəsində müsəlman qadınların qazi müsabiqəsində iştirakına icazə verilməsi haqda qərar qəbul edilib.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, tərəflər 2014-cü ildə bu vəzifəni tuta biləcək uyğun müsəlman xanımın axtarılması məsələsində razılaşıblar.
Bu ədliyyə qurumu İsraildə müsəlmanların şəxsi məsələlərini araşdırmaqla məşğul olur. Bura kəbin kəsilməsi və boşanma məsələləri aiddir. Bundan başqa şəriət məhkəmələri ailə məsələləri ilə bağlı hüquqi problemlərə paralel olaraq, baxır.
İsraildə 8 dairə şəriət məhkəməsi fəaliyyət göstərir.