İsrail vətəndaşları kasıblaşır
29 noyabr 2013 03:50 (UTC +04:00)

İsrail vətəndaşları kasıblaşır

İsrail vətəndaşlarının 3-də biri kasıblıq həddində yaşayır, ölkənin hər beş sakinindən biri ərzaq məhsullarını qənaət etməyə məcburdur.

 

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, ictimai məsələləri öyrənən Tauba  Mərkəzinin apardığı araşdırmalar nəticəsində bu qənaətə gəlinib.

 

İsrail KİV qeyd edib ki, ölkə əhalisinin 35 faizi maliyyə çətinliyi yaşayır.

 

Araşdırmaya əsasən, israillilərin 20 faizi qidaya qənaət edir, 13 faiz isə elektrik avadanlığı, kondinsioner və telefondan istifadəni dayandırıb.

 

Əhalinin 40 faizi isə diş həkiminə getmir. Vətəndaşların 15 faizi həkimin yazdığı dərmanları ala bilmir.

 

Mənbə bildirib ki, İsraildə işsizlərin sayının azaldığı bir vaxtda kasıblığı səviyyəsi artır.

 

İsrail Mərkəzi Statistika Bürosunun məlumatına əsasən, bu ilin oktyabrında işsizlərin sayı 0,1 faiz azalaraq, 5,9 faiz təşkil edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 763
avatar

Oxşar yazılar