«Gözəlçə» və «Döyüş klubları» filmlərində çalışmış Hollivudun prodüsser Arnon Milçan İsraildə televerilişlərdən birinə müsahibəsində bu dövlətin xeyirinə casusluq etdiyini etiraf edib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, kinomatoqrafçı bu ölkənin nüvə proqramı ilə bağlı işləyib.
İndiki İsrail ərazisində dünyaya gələn Miçan bildirib ki, İsrail hakimiyyətinin tapşırığı ilə onlarla tapşırıq icra edib. Prodüser indiki prezident Şimaon Peres tərəfindən ələ alındığını söyləyib.
«mən bunu dövlətim üçün etmişəm və bununla fəxr edirəm»-deyə, Milçan söyləyib.
O, Hollivudda tanınmış prodüser olduqdan sonra da bu işləri davam etdirib.
Milçanın sözlərinə görə, bu yöndəki fəaliyyətində «Oskar» mükafatı laureatı rejissor Sidni Polak da yardım edib.
Prodüser Hollivudun tanımış rejissorları – Martin Skorsez, Roman Polanski və Oliver Stounla işləyib.