Gələn həftə İsrailin rəsmi nümayəndə heyəti Türkiyəyə səfər edəcək.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu ziyarətdə məqsəd 2010-cu il mayın 31-də «Mavi Mərmərə» gəmisində öldürülmüşlərin ailə üzvlərinə veriləcək kompesasiyanın müzakirə etməkdir.
Türkiyənin baş naziri Rəcəb Taib Ərdoğan hələlik nəzərdə tutulan məbləği açıqlamamağa çağırıb. O, bunu danışıqların yenicə başlaması ilə əlaqələndirib.