İspan kralının xidmətçiləri tətilə hazırlaşır
07 mart 2013 04:27 (UTC +04:00)

İspan kralının xidmətçiləri tətilə hazırlaşır

İspaniya kral sarayının xidmətçiləri martın 28 -29-da ilk dəfə olaraq, tətil edəcəklərini bildiriblər.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, aksiyaçılar əmək haqlarını 15 faiz azalmasına, əlavə ödənişlərin edilməməsinə, habelə iş vaxtının uzadılmasına etiraz edəcəklər.

 

Saray həmkarlar təşkilatının məlumatına əsasən, aksiyaya 500-1200 nəfərin qatılacağı gözlənilir.

 

Kral ailəsinin Madrid, Araexues, Eskorial şəhərlərindəki sarayların xidmətçiləri də tətildə iştirak edəcəklərini bildiriblər.

 

Aksiyanın bu tarixidə keçiriləcəyini də təsadüfi saymırlar. Həmin həftə müqəddəs Pasxa bayramı ərəfəsidir. O, günlərdə kral muzeyinə və ənənəvi iqamətgahına gələnlərin sayı çox olur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 580
avatar

Oxşar yazılar