"İraq-Şam İslam Dövləti"nə (İŞİD) sadiq terrorçu qüvvələr Liviyanın Sirt şəhərində radiostansiya binasını ələ keçiriblər.
Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, bu barədə yerli mənbələrə istinadən "Əl-Arabiyyə" telekanalı məlumat yayıb.
Məlumata görə, yaraqlılar hazırda radio vasitəsilə Quran ayələri və İŞİD lideri Əbu-Bəkr əl-Bağdadinin "xütbələr"ini, həmçinin terror qruplaşmasının digər nümayəndələrinin bəyanatlarını yayımlayırlar.
Terrorçular, həmçinin şəhərin mərkəzində öz qərargahlarını yaratdıqlarını bəyan ediblər. Yerli sakinlər onların şəhərdə islam əmirliyi elan edəcəklərindən ehtiyatlanırlar.