İŞİD terror qruplaşması beş qadını insanların gözü qarşısında edam edib.
Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, onların arasında terrorçuları müalicə etməkdən imtina etmiş həkimlər də var.
Terrorçuların edam hökmünü 12 yaşlı qız həyata keçirib. Britaniya KİV-i artıq 12 yaşlı qıza məşhur İŞİD cəlladı olmuş "Cihadi Con"un şərəfinə "Cihadi Ceyn" ləqəbinin verildiyini qeyd edib.“Bu edam zamanı İŞİD-in qızdan istifadə etməsinin birinci hal hesab edilir", - mənbə qeyd edib.
Qeyd olunur ki, oğlan uşaqlarının iştirakı ilə edamlar artıq bir neçə dəfə olub.