Martın 18-də İraqın şərqində minalanmış avtomobil polis məntəqəsinin yanında partlayıb.
Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, olay nəticəsində 7 nəfər həlak olub, 20-dən çox sakin yaralanıb.
Mənbə qanlı olayın Diyal əyalətinin Baladruz şəhərində baş verdiyini bildirib. Minalanmış avtomobil polis məntəqəsinin yaxınlığında saxlanılıb.
Məlumata əsasən, həlak olanların 5-i polis əməkdaşıdır.
Partlayışın məsuliyyətin hələlik heç bir qurum üzərinə götürməyib. Bununla belə yerli KİV qeyd edib ki, «əl-Qaidə» yaraqlıları tərəfindən İraq polisi və dövlət qulluqçuları qətlə yetirilir.