İranlı nazir : «Holokostu inkar edən artıq hakimiyyətdə deyil»
07 sentyabr 2013 03:33 (UTC +04:00)

İranlı nazir : «Holokostu inkar edən artıq hakimiyyətdə deyil»

İranının xarici işlər naziri Məhəmmədcavad Zərif yəhudi xalqını Roş-Ha-Şana (yəhudilərin dini təqvim ili) milli bayramı münasibətilə təbrik etdiyini təsdiqləyib.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, nazir təbrikini sentyabrın 5-də «Twitter» sosial şəbəkəsi vasitəsilə yayıb.

Onun bu təbriki Qərb mediasında geniş əks-səda doğurub və müsbət qarşılanıb.

Bəziləri bunu İrandakı hakimiyyətin siyasətinin dəyişilməsinin işartıları kimi yozub.

 

 Zərif həmçinin «Twitter»in amerikalı üzvlərindən birinin ona yazdığı «Əgər siz İranda Xolokostun inkarına son qoysaydınız, yeni il daha şirin olard» sözlərinə belə cavab verib: «İran heç vaxt Holokost (II dünya savaşı zamanı yəhudilərin soyqırım olduğu yer-red.) hadisəsini inkar etməyib. Holokostu inkar edən artıq hakimiyyət başında deyil. Yeni iliniz mübarək».

Məhəmmədcavad Zərifin cavab verdiyi amerikalı isə ABŞ Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosinin qızıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 530
avatar

Oxşar yazılar