İranla nüvə probleminə dair razılaşma əldə edildikdən sonra ABŞ Avropada Hava Hücumundan Müdafiə (HHM)sistemi yerləşdirmək planından imtina etmək niyyətində deyil.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, NATO təmsilçisi deyib ki, bu proqram dünyanın «konkret bir ölkədən deyil çox saylı potensial təcavüzkardan qoruyur».
«Biz məlumdur ki, 30-dan artıq ölkə yalnız adi başlıqları deyil, kütləvi qırğın silahlarını da daşıya biləcək ballistik raket texnologiyasına malikdir»-deyə,o, bildirib.
Mənbə xatırladıb ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Avropada bu sistemin yaradılmasına səbəb olmadığını ehtimal edib.