İranın təbii qazı hələ də Ermənistanın ümumi bazarına girməyib
13 noyabr 2013 22:28 (UTC +04:00)

İranın təbii qazı hələ də Ermənistanın ümumi bazarına girməyib

İranın təbii qazı hələ də Ermənistanın ümumi bazarına tədarük olunmur.

 

Lent.az-ın «Novosti-Armenii»-yə istinadən məlumatına görə, ölkənin energetika və təbii ehtiyatlar naziri Armen Movsisyan agentliyin sualına cavabında bunu deyib.

 

İslam Respublikasına səfəri nazir İran prezidenti Həsən Ruhani, neft naziri Bijən Zəngənə ilə görüşüb. Bu səfərin yekunundan danışan A.Movsisiyan qeyd edib ki, müzakirələr zamanı qışda İranın təbii qazının Ermənistana ixracının həcminin artırılması qarşılığında bu ölkədən də İslam Respublikasına elektrik enerjisinin ötürülməsindən danışılıb.

 

O, vurğulayıb ki, paylayıcı şəbəkədən təbii qaz hələlik yalnız İrəvana verilir. Tədarük ediləcək «mavi yanacağın» həcminin artırılması da müəyyən edilməyib. 

 

Xatırladaq ki, Ermənistan əsasən Rusiya təbii qazından istifadə edir. İrəvan  İrandan isə bir kub metr qaz qarşılığında 3 kvt/saat elektrik enerjisi verir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 714

Oxşar yazılar

Tramp Elon Maskı sərt tənqid etdi

Tramp Elon Maskı sərt tənqid etdi

7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq”  əməliyyatı həyata keçirdi

İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi

7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi

İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi

7 iyul 2025 , 01:14
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

6 iyul 2025 , 18:36
İlon Mask, amerikalı iş adamı

Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu-YENİLƏNİB

6 iyul 2025 , 18:35
Çin və Aİ arasında yeni qalmaqal

Çin və Aİ arasında yeni qalmaqal

6 iyul 2025 , 16:06
Bu ölkədə güclü zəlzələ oldu

Bu ölkədə güclü zəlzələ oldu

6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı

Qonşu ölkədə təyyarə qəzaya uğradı

6 iyul 2025 , 09:49