İran atom-nüvə proqrammı ilə bağlı danışıqların növbəti mərhələsi yekun səndə imzalanmandan başa çatıb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, Avropa Birliyinin ali komissarı Ketrin Eşton deyib ki, müzakirələrin növbəti mərhələsi noyabrın 20-də Cenevrədə keçiriləcək.
O, danışıqlar «intensiv» adlandırsa da, «çətinliklərin hələ də qaldığını» vurğulayıb.
ABŞ-ın dövlət katibi Con Kerri bildirib ki, ölkəsi və başqa dövlətlər İran probleminin həllində savaşdan qaçmaq üçün diplomatiyanın vacibliyinə əmindirlər.
İran xarici işlər naziri Məhəmmədcavad Zərif də noyabrın 20-də növbəti mərhələnin olacağını söyləyib.