İrandan ABŞ-a ilk dəvət
22 iyul 2013 18:48 (UTC +04:00)

İrandan ABŞ-a ilk dəvət

 

 

İranda prezidentin andiçmə mərasimində yenilik yaşanacaq.

 

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, İran Xarici İşlər Nazirliyi 14 iyunda keçirilən seçkilərin qalibi olan Hasan Ruhaninin avqustun 4-də keçiriləcək andiçmə mərasiminə molla rejiminin “Böyük şeytan” adlandırdığı ABŞ və Avropa Birliyinin təmsilçilərini də dəvət etdiyini açıqlayıb.

 

İslahatçıların nümayəndəsi olan Hasan Ruhaninin bu dəvətlə ABŞ və Avropa Birliyinə əməkdaşlıq mesajı vermək istədiyi bildirilir. Hasan Ruhani seçki kampaniyası dövründə də ABŞ və Avropa Birliyi ilə İranın nüvə proqramı məsələsində yeni bir dialoq dönəmi başladacağını bəyan etmişdi. Avqustun 4-də Mahmud Əhmədinejaddan prezident kürsüsünü təhvil alacaq Hasan Ruhani nüvə proqramı məsələsində Qərblə razılaşma əldə edərək İrana qarşı iqtisadi sanksiyaların aradan qaldırılmasını qarşısına məqsəd qoyub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 891
avatar

Oxşar yazılar