İranın sənaye, mədənlər və ticarət nazirinin parlament məsələləri üzrə müavini Səfdər Rəhmətabadi qətlə yetirilib.
APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, o, noyabrın 10-da Tehranda öz avtomobilində güllələnib.
Naməlum şəxsin onun baş və sinəsinə atəş açdığı bildirilir. Hadisənin motivləri barədə məlumat verilməyib.
Faktla bağlı araşdırma aparılır.