Son günlər İranda dövlət məmurlarının qətl yetirilməsinə dair xəbərlər yayılır.
Bu günlərdə Bəlucistan əyalətində şəhər prokuroru, onun ardınca nazir müavini qətlə yetirilib.
Lent.az-ın «Mediforum»a istinadən məlumatına görə, İranın Ənzəli və Lahican şəhərlərinin keçmiş meri, yenicə salınmış Pərənd şəhəri rəyasət heyətinin üzvü Mirşəmsəddin Purbaqiri qətlə yetirilib. Hadisə beş gün əvvəl baş versə də, xəbər yenicə yayılıb.
Məlumata görə, Purbaqirinin meyiti noyabrın 8-də Əlborz əyalətinin Gərmdərə şəhərində, öz avtomobilində aşkarlanıb. Onun çoxlu bıçaq zərbəsi ilə qətlə yetirildiyi bildirilir.