İran yeni hərbi manevrə hazırlaşır
13 noyabr 2013 02:27 (UTC +04:00)

İran yeni hərbi manevrə hazırlaşır

Noyabrın sonunda İran Kəməre-Bəni Haşimi hərbi təlimi keçirməyi planlaşdırıb. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, təlim zamanı ölkənin zirehli texnikası, hava desant takımlarının döyüş hazırlığı sınaqdan çıxarılacaq.

Bu haqda İran silahlı qüvvələri quru qoşunları komandanı general Əhmədrza Purdastan məlumat verib. Hərbi təlimlərin 250 kv.km-lik bir ərazini əhatə edəcək.

Mənbə bildirib ki, manevr zamanı İranda istehsal olunan yeni silahlar da sınaqdan çıxarılacaq.

Xatırladaq ki, oktyabrın 31-də İnqilab Keşikçiləri Qvardiyasının əsas kadr bazası bəsicilərin də təlimi keçirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1205

Oxşar yazılar